"Real"ən mərkəz müdafiəçisi David Alaba zədələnib.
Milli.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı futbollçuya sol budun əlavəedici əzələsinin zədələnməsi diaqnozu qoyulub. Alabanın sağalma müddəti 2-3 həftə çəkəcək.
Buna görə də o, La Liqanın 23-cü turunda (8 fevral) "Atletiko" ilə derbini və fevralın 11 və 19-da baş tutacaq Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə hər iki matçı buraxacaq.
Qeyd edək ki, zədə səbəbindən təqribən 1 il yaşıl meydanlardan kənar qalan David yanvarın 16-da meydanlara qayıtmışdı. Bu müddətdə o, 3 oyunda cəmi 65 dəqiqə meydanda olub. (Publika.az)
Milli.Az