Sabahdan külək yenidən güclənəcək

5 Fevral 2025 08:26

Sabahdan külək yenidən güclənəcək.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.

Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.

Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.

Milli.Az