Çində güclü zəlzələ oldu

5 Fevral 2025 07:51

Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Kuça rayonundan 87 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bundan əvvəl Sincanda 5 bal gücündə zəlzələ Yarkənd qraflığından 67 km qərbdə, 128 min insanın yaşadığı ərazidə baş vermişdi.

Milli.Az