İsveçdə təhsil mərkəzində atışma - 10 nəfər ölüb

4 Fevral 2025 22:01

İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzində atışma baş verib.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Məlumata görə, atəş açan şəxs ölənlər arasındadır.

Hadisəni törədən şəxsin motivi hələlik məlum deyil. /APA

Milli.Az