Aktau yaxınlığında qəzaya uğraya AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.
Milli.Az bildirir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlum təyyarə qəzası ilə bağlı ilkin hesabatında bildirilib.
Hesabatda təyyarənin quyruq hissəsinin sol tərəfinin fotosuna verilən şərhdə təyyarənin yer səthi ilə toqquşana qədər hidravlika sistemlərinin hava gəmisinin xarici obyektlərin təsirinə məruz qaldığı ehtimal olunduğu bildirilib.
Qeyd edilib ki, məlum zədənin nəticəsi hidravlika mayesi və təzyiq itkisi olub.
Bundan əlavə, hesabatda təyyarənin stabilizatorundan çıxan yad metal obyektlərin bir hissəsi öz əksini tapıb.
"Təyyarənin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyalar aşkar edilib", - ilkin hesabatda bildirilib.
Milli.Az