İtə görə 475 il həbs cəzası aldı

7 Fevral 2025 01:01

ABŞ-ın Corciya ştatında bir kişi it döyüşləri təşkil etdiyi və 107 iti ağır şəraitdə saxladığı üçün 475 il həbs cəzası alıb.

Milli.Az xəbər verir ki, itlər ağır zəncirlərlə bağlanıb və sıx təmasda olduqları üçün aqressivliyi artırıb. Həmçinin, bir hissəsi yaşayış binasının zirzəmisində saxlanılıb və onlara heç bir qulluq edilməyib.

Heyvanlar 2022-ci ilin noyabr ayında keçirilən reyd zamanı aşkarlanıb. Heyvanlara qarşı cinayətlərə baxan prokuror Cessika Rok bildirib ki, bu, ABŞ tarixində belə cinayətlərə verilmiş ən uzun həbs cəzasıdır. /Musavat.com

Milli.Az