Joze Mourinyo rəsmən «Real»da!

29 May 2010 11:47
Milli.Az xəbər portalının məlumatına görə, bu haqda "Kral klubu"nun rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, mütəxəssisin transferini rəsmiləşdirən razılaşma iki klub prezidenti Florentino Peres ilə Massimo Moratti arasında dünən imzalanıb. Tərəflər Mourinyonun "İnter"dən vaxtından əvvəl ayrılması ilə bağlı italiyalılara kompensasiyanın ödənməsi haqda da razılıq əldə edib. Bu üzdən "Real" əlavə 16 milyon avro xərcə düşüb.

Milli.Az