"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubdan ayrıla bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Roma"nın rəhbərliyi Ançelottini komandanın sükanı arxasına gətirmək istəyir.
Karlo futbolçu kimi 1979-87-ci illər ərzində "Roma"da çıxış edib.
Qeyd edək ki, 65 yaşlı mütəxəssisin "Real"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Milli.Az