Hollivud aktyoru Bred Pitt səkkiz ildən sonra keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coliyə müraciət edib.
Milli.Az bildirir ki, Bred oğlu 21 yaşlı Paks ilə ünsiyyət qurmaq üçün Ancelinadan görüş təşkil etməyi xahiş edib.
Pitt bu yolla övladının özünə gəlməsinə ümid edir.
Bred hesab edir ki, Paksın davranışı onun yeniyetməlik illərində atasının yanında olmaması ilə bağlıdır. Colinin boşanma ərizəsi yazmasına səbəb olan zorakılıq hadisəsi 2016-cı ildə, Paksın təxminən 12 yaşı olanda baş verib.
"Bu dövrdə oğlan üçün atanın olması çox önəmlidir. Paksa həyatında güclü bir kişi fiquru lazım idi, lakin Bredin bu rolu yerinə yetirməsinə icazə verilmədi", - deyə, gizli mənbə bildirib.
Həmçinin məlum olub ki, aktyor məhkəmənin uşaqların qəyyumluğunun saxlanması qərarından narazıdır.
Əks halda, Bredin 16 yaşlı əkizləri Noks və Vivyen, sonra isə yetkin uşaqları ilə münasibət qurmaq şansı daha çox olardı. /Olay.az
Milli.Az