İsveçin Orebro şəhərində məktəbdə dəhşətli hadisə yaşanıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İsveç polisi paytaxt Stokholmdan təxminən 200 km qərbdə yerləşən Orebro şəhərində məktəbdə atışma olduğunu bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat hələ ki, verilməyib.
Hücumdan sonra polisin açıqlamasında "Beş nəfərin güllələndiyi təsdiqləndi. İndi bu hadisə adam öldürməyə cəhd, yandırma və ağır silahlardan istifadə kimi dəyərləndirilir" .
Fidan
Milli.Az