Devid Bekhem oğlu ilə Türkiyəyə gəldi, onlarla görüşdü - FOTOlar

4 Fevral 2025 17:54

Dünyaca məşhur futbol əfsanəsi Devid Bekhem oğlu Romeo Bekhem və sevgilisi Qrey Sorrenti ilə İstanbula gəlib.

Mili.Az xəbər verir ki , məşhur adların İstanbul turu böyük marağa səbəb olarkən, xüsusilə Kapalıçarşı və Tarixi Yarımada turları diqqət çəkib.

Romeo Bekhem sosial media hesabında İstanbuldan çoxlu fotolar paylaşıb.

Devid Bekhem reklam çəkilişi üçün Beşiktaş Qadın Futbol Komandası ilə görüşərək azarkeşlərinə unudulmaz anlar yaşadıb. Ziyarət zamanı Beşiktaş Hakkı Yeten Təsislərində Beşiktaş Qadın Futbol Komandası oyunçuları ilə görüşən Bekhem imza atıb və çoxlu fotolar çəkdirib.

Fidan
Milli.Az