Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şəra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. O, həyat yoldaşı Lətifə Əl Şəra ilə birlikdə Məkkəyə gələrək Ümrə ziyarətini yerinə yetirib.
Milli.Az xəbər verir ki, bazar günü Əhməd Şəra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib və burada rəsmi görüşlər keçirib. Daha sonra o, Məkkəyə gedərək müqəddəs Ümrə ziyarətini yerinə yetirib.
Səfər zamanı onu həyat yoldaşı Lətifə Əl Şəra və Suriya xarici işlər naziri Əsəd Şeybani müşayiət ediblər. Əhməd Əl Şəranın həyat yoldaşı, Humsdan olan Lətifə Əl Şəra ilk dəfə rəsmi şəkildə görüntülənib.
Qeyd edək ki, Lətifə Əl Şəra ərəb ədəbiyyatı üzrə ali təhsil alıb və Homs yaxınlığındakı əl-Qəryatayn qəsəbəsində anadan olub.
Fidan
Milli.Az