Ailə FACİƏSİ: Ata-ana və 15 yaşlı qızları öldü

4 Fevral 2025 17:44

Tuva Respublikasında 3 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Milli.Az xəbər verir ki,  hadisə Çadan şəhərində fərdi evdə baş verib. Üç uşaqlı ailə fərdi evdə yaşayırmış. Səhər saatlarında zəhərlənmə əlamətləri olan üç nəfərin - valideynlərin və onların 15 yaşlı qızının meyiti tapılıb.

Digər iki uşaq - 11 yaşlı oğlan və bir yetkin qız xəstəxanaya yerləşdirilib. Onlara lazımi yardım göstərilib.

İstintaq orqanları prosessual yoxlama təşkil ediblər. /Lent.az

Milli.Az