Reklam daşıyıcısı olan rəqəmsal platformalar üçün hüquqi əsas yaradılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Reklam haqqında" Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri reklam daşıyıcısı olan rəqəmsal platforma hesab ediləcək.
Milli.Az