Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

4 Fevral 2025 13:32

"Reklam haqqında" qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Reklam haqqında" Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil ediləcək. Rəqəmsal platforma təsisçisinin hərəkətlərinin məcmusu da reklam fəaliyyəti hesab ediləcək.

Milli.Az