Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Komandanlığının keçmiş Baş Qərargah rəisinin müavini Ukraynada müharibədə həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Kanal 24 kanalı məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şimali Qafqaz regional komandanlığı qərargah rəisinin keçmiş birinci müavini Andrey Qolovatski Ukraynada gedən müharibədə həlak olub.
Qeyd edək ki, 2019-cu ildə o, tabeliyində olan işçilərdən rüşvət almaqda təqsirli bilinib.2019-cu ilin fevralında istefada olan general-mayor Qolovatski ciddi rejimli cəzaçəkmə müəssisəsində 8,5 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda rüşvət alma, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Fidan
Milli.Az