"Formula-1" qarşıdakı çempionatının həftəsonları keçirilən yürüşlərinin təqvimini təqdim edib.
Milli.Az xəbər verir ki, Azərbaycan Qran-Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək, onun təqvimi isə aşağıdakı kimi olacaq:
Azərbaycan Qran-Prisi:
19 sentyabr
12:30 - 13:30 - birinci sessiya
16:00 - 17:00 - ikinci sessiya (sprint təsnifat)
20 sentyabr
12:30 - 13:30 - üçüncü sessiya (sprint)
16:00 - 17:00 - ikinci sessiya (təsnifat )
21 sentyabr
14:00 - əsas yürüş
2025-ci ildə "Formula 1" də ümumilikdə 24 mərhələnin keçirilməsi planlaşdırılıb - çempionat martın 16-da Avstraliyada başlayacaq və dekabrın yeddisi Əbu-Dabidə yekunlaşacaq. Mövsümə sprintli altı mərhələ daxildir - Çin, Mayami, Belçika, ABŞ (Ostin), San-Paulu və Qətər
Milli.Az