9 il əvvəl çəkildiyi seriala görə prokrorluğa ÇAĞIRILDI: "PKK-ya aid olduğunu..." - FOTO

5 Fevral 2025 00:37

Türkiyəli aktrisa Melisa Sözen 2016-cı ildə rol aldığı Fransa istehsalı "Le Bureau des Legends" serialına görə ifadəyə çağırılıb.

Milli.Az-ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, aktrisanın serialın üçüncü mövsümündə PKK/YPG-yə aid olduğu iddia edilən bir formada görünməsi araşdırmaya səbəb olub.

Melisa Sözen "terror təşkilatının təbliğatı" ittihamı ilə ifadə verərək belə danışıb:
"Geyindiyim paltarın belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin filmdə agent rolunu oynayırdım. Serial Türkiyədə yayımlanmayıb. Mən ölkəmi və millətimi sevən biriyəm."

Qeyd edək ki, aktrisa sözügedən serialda Suriyada İŞİD-ə qarşı döyüşən ikili agent obrazını canlandırıb.

Fidan
Milli.Az