Britaniya: Ermənistandan olan müştərilərə nəzarət gücləndirilməlidir - Rusiya Faktoru...

4 Fevral 2025 11:06

Rusiya üçüncü ölkələrdəki subyektlər vasitəsilə Qərb istehsalı olan və strateji əhəmiyyətli məhsulların alışını davam etdirir. Bəzən bu, həmin ölkələrin hökumətlərinin xəbəri olmadan baş verir. 

Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin bəyanatında deyilir.  

Sənəddə vurğulanır ki:  

"Bir sıra ölkələr, o cümlədən aşağıda qeyd olunanlar, öz yurisdiksiyalarından Rusiyaya "ümumi yüksək prioritetli siyahı" (CHPL) üzrə malların axınının azaldılması istiqamətində addımlar atır. Şirkətlər əməkdaşlıq etdikləri ölkələrdə ixrac nəzarəti şərtlərini mütəmadi olaraq qiymətləndirməlidir.  

Müəssisələr müəyyən ölkələrə ixrac zamanı, xüsusilə riskli məhsullarla bağlı, əlavə yoxlamalar aparmaq imkanını nəzərdən keçirə bilərlər ki, bu da həmin malların Rusiyaya re-ixracının qarşısını almağa kömək edər. Bununla belə, hər bir ölkənin və konkret ticarət əməliyyatlarının riski fərqli ola bilər. Böyük Britaniya hökuməti bu ölkələrin Rusiya və ya sanksiyalara məruz qalmış digər yerlərə məhsul göndərməməsi şərti ilə onlarla ticarət əlaqələrini tam dəstəkləyir. Siyahıya daxil edilən ölkələrə onların yurisdiksiyasındakı subyektlərin fəaliyyətinə görə məsuliyyət yüklənmir.  

Bu siyahı müxtəlif risk amilləri nəzərə alınaraq tərtib edilib. Buraya CHPL mallarının ticarət axınları ilə bağlı məlumatlar və Böyük Britaniya hökumətinin yüksək riskli malların yönləndirilməsi ilə bağlı apardığı ticarət təhlili daxildir. Siyahı tam deyil və mütəmadi olaraq yenilənəcək.  

CHPL kateqoriyasına aid malların ixracı zamanı müəssisələr, digərləri ilə yanaşı, aşağıdakı yurisdiksiyalarda yerləşən müştəriləri daha diqqətlə yoxlamağı nəzərdən keçirməlidir:  

- Ermənistan  
- Çin (Honkonq və Makao daxil olmaqla)  
- Hindistan  
- İsrail  
- Qazaxıstan  
- Qırğızıstan  
- Malayziya  
- Monqolustan  
- Serbiya  
- Tailand  
- Türkiyə  
- Birləşmiş Ərəb Əmirlikləri  
- Özbəkistan  
- Vyetnam/qaynarinfo

Milli.Az