Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,37 ABŞ dolları və ya 0,47% azalaraq 78,15 dollar/barel təşkil edib.
Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,48% ucuzlaşaraq 76,96 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,38 dollar və ya 0,6% azalaraq 62,87 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,97 dollar və ya 1,26% azalaraq 77,05 dollar/barel təşkil edib.
Fevralın 4-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Milli.Az