Trampın oğlu cəzalandırıla bilər

4 Fevral 2025 13:27

Yeni ABŞ prezidenti Donald Trampın oğlu İtaliyanın şimalındakı Venesiya laqununda nadir ördək növünü vurmaqda şübhəli bilinir.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yayımlanan videoda o, qoruq ərazisində ovladığı şikarını göstərir.

Bildirilib ki, söhbət Avropada nadir rast gəlinən qırmızıdöş qazdan gedir.

Qeyd edək ki, qanuna əsasən Venesiya laqununda İtaliya vətəndaşı olmayan şəxslərin ov etməsi qadağandır.

Milli.Az