Nazir sektor müdirini işdən çıxardı, məktəb direktoru qoydu

4 Fevral 2025 10:06

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə vəzifəsindən azad edilib.

Milli.Az "unikal"a istinadən məlumat verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Digər əmrlə Anar Mustafazadə Bakı şəhəri 272 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.

Milli.Az