Ərdoğan Suriyaya gedəcək

4 Fevral 2025 08:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkə başçısının səfəri Ramazan ayı öncəsi planlaşdırılıb.

Nəşr yazır ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa (Culani) Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək ki, Culani də bu gün Türkiyədə səfərdə olacaq.

Milli.Az