“Tayfun” yenidən sınaqdan keçirildi - VİDEO

4 Fevral 2025 07:56

Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan "Roketsan" tərəfindən hazırlanan "Tayfun" adlı uzaqmənzilli ballistik raket sisteminin növbəti test atışı həyata keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, test atəşi Rize şəhərində baş tutub. Atış prosesi problemsiz keçib.

Qeyd edək ki, bu ballistik raketin 3-cü sınaq atəşidir. Digər sınaq atışları 2022 və 2023-cü illərdə həyata keçirilmişdi.


Milli.Az