Sabah bu ərazidə qaz olmayacaq

3 Fevral 2025 21:35

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

Milli.Az-ın məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Milli.Az