Aktrisa qripdən ÖLDÜ

3 Fevral 2025 20:26

Tayvanlı aktrisa Barbie Xu qripə yoluxduqdan sonra 49 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ştatın Mərkəzi İnformasiya Agentliyi aktrisanın ailəsinə istinadən xəbər verir.

Aktrisanın bacısı bildirib ki, Barbie Xu qripin yaratdığı pnevmoniyadan dünyasını dəyişib.

Xatırladaq ki, Yaponiya Səhiyyə Nazirliyi ölkədə qripə yoluxanların sayının kəskin artması ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, ötən ilin son həftəsində həkimlər 310 mindən çox qripə yoluxma halı qeydə alıblar ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3 dəfədən çox çoxdur. /baku.ws

Milli.Az