Parisdə dəmiryol vağzalında atışma: yaralananlar var

3 Fevral 2025 19:53

Parisdə dəmiryol vağzalında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV-lər məlumat yayıb

Məlumata görə, hadisə şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verib. Naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb, təhlükəsizlik işçiləri isə atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

Atışma nəticəsində iki nəfər yaralanıb.

Milli.Az