Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.
Milli.Az xəbər verir ki, bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Qeyd edək ki, Ənvər Həsənov yanvarın 10-da halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Xalq artisti daha sonra Reabilitasiya Mərkəzində müalicəsinə davam edib.
Milli.Az