"Fənərbağça"nın əfsanəvi hücumçusu vəfat etdi - FOTO

3 Fevral 2025 18:34

"Fənərbağça"nın və Türkiyə millisinin sabiq hücumçusu Ogün Altıparmak dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, 86 yaşında vəfat edib. Ogün 1963-1971-ci illərdə İstanbul klubunda çıxış edib. O, "sarı-lacivərdlər"in heyətində 9 kubok qazanıb. Bunun 4-ü Superliqada olub.

1970/71 mövsümünün sonunda Altıparmak Türkiyə çempionatının bombardiri olub.

Karyerası ərzində "Karşıyaka" və "Vaşinqton Vips"də də çıxış edən Ogün Altıparmaq Türkiyə millisinin heyətində 32 matça çıxaraq 6 qol vurub. /Oxu.Az

Milli.Az