"Sumqayıt" futbolçusu Jordan Rezabala ilə yollarını ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.
"Sumqayıt" Rezabalaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən ilin fevralından "Sumqayıt"da oynayırdı.
Xatırladaq ki, "Sumqayıt" cari transfer pəncərəsində bunadək Fernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski və Nikola Vuynoviçlə də yollarını ayırıb.
Milli.Az