Gürcüstan rəhbərliyi ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvlərinin geri çağırılmasına qərar verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan parlamentinin bürosunun iclasında açıqlanıb.
Ölkənin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Teya Çulukiani, deputatlar Qivi Mikanadze, Mariam Laşxi, Eka Sepaşvili, eləcə də ehtiyat deputatlar Levan Maçavariani, Rati İonatamişvili və Zviad Şalamberidze daxildir. Onlar artıq müvafiq müraciəti AŞPA sədri Teodoros Rusopulosa ünvanlayıblar.
Qeyd edək ki, yanvarın 29-da AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına dair qətnamə qəbul edib, lakin bir şərtlə ki, ölkədə aprelə qədər yeni parlament seçkiləri təyin edilsin.
Milli.Az