"Putin sözünün sahibidir, etibar edə bilərik"

3 Fevral 2025 17:40

Rusiya Prezidenti Vladimir Putin Brüsseldən fərqli olaraq, həmişə verdiyi vədlərə əməl edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

"2009-cu ildə hakimiyyətə qayıtmaq ərəfəsində olanda onunla görüşdüm və razılaşdım ki, diqqətimizi gələcəyə yönəldəcəyik. Mənə aydın idi ki, Moskva ilə yaxşı münasibətlər və sıx iqtisadi əməkdaşlıq Macarıstanın geosiyasi maraqlarına uyğundur. Biz çoxlu müqavilələr bağlamışıq. Putin həmişə sözünün üstündə durub. Son 15 ilin təcrübəsi göstərir ki, Macarıstan Rusiyaya etibar edə bilər", - Orban bildirib.

Milli.Az