Bu maşınlar da operativ nəqliyyat vasitəsi sayılacaq - FOTO

3 Fevral 2025 16:58

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Milli.Az xəbər verir ki, dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınmasında istifadə edilən nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.

Milli.Az