Tanınmış müğənninin əri həbs edildi - YENİLƏNİB - FOTO

4 Fevral 2025 09:51

09:51

Türkiyəli müğənni Merve Özbeyin əri Kənan Koçak həbs edilib.

Milli.Az xəbər verir ki,  iş adamı "Sallarlar" cinayətkar təşkilatının üzvü Turan Yıldırımın xaricə qaçmasına şərait yaratmada ittiham olunur. 

Onunla birgə daha 7 nəfər barəsində həbs qərarı verilib.

18:48
2025.02.03

Türkiyənin məşhur müğənnisi Merve Özbeyin əri, iş adamı Kənan Koçak ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki,  məlumata görə, Koçakın saxlanılmasına səbəb onun "Sallarlar" cinayətkar təşkilatının üzvünün xaricə qaçmasına kömək etməsi olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.

Qeyd edək ki, Merve Özbey və Kənan Koçak 2020-ci ildə evləniblər və iki övlad sahibidirlər.

Fidan
Milli.Az