Prezident “Yol hərəkəti haqqında” Qanun imzaladı

3 Fevral 2025 15:40

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Milli.Az xəbər verir ki, Qanuna əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin 20-ci bəndinə "yerinə yetirilməsi," sözlərindən sonra "minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması," sözləri əlavə edilsin.

Milli.Az