Vətən müharibəsi qazisi Rusiyada öldü

3 Fevral 2025 15:26

Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada dünyasını dəyişib.

Bir neçə gün əvvəl Rusiyaya gedən qazinin xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Onun cənazəsi bu gün Ağsu rayonunda dəfn edilib.

Milli.Az