Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar ayı ərzində 16 aptekdə yoxlama aparılıb.
Milli.Az xəbər verir ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.
Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Milli.Az