Moskvada baş vermiş partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu "Arbat"ın yaradıcısı Armen Sarkisyan ölüb.
Milli.Az xəbər verir ki, bu baradə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Sarkisyan həyatını itirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən "Alıe Parusa" yaşayış kompleksində partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb./metbuat.az
Milli.Az