Sovet illərində Rusiyada hüquq-mühafizə orqanlarında çalışmış, daha sonra bu ölkədəki Azərbaycan diasporunun üzvü olmuş mərhum polis polkovniki Varis Məcidovun adı əbədiləşdirilib.
Milli.Az xəbər verir ki, 2005-ci ildə yol qəzasında həyatını itirmiş V.Məcidovun adı Göyçayda küçələrdən birinə verilib.
Qeyd edək ki, V.Məcidovun adı daha öncə Sovet rəhbərliyi tərəfindən həbs olunaraq Rusiyanın ucqar bölgələrinə aparılan və ən ağır maddələrlə cinayət işi açılan bir qrup soydaşımızın xilas olunması ilə bağlı hallanıb.
Onun 20 Yanvar faciəsindən sonra Bakıdan tutularaq Rusiyaya aparılan bir çox tanınmış azərbaycanlı ictimaiyyət nümayəndəsinin azadlığa çıxmasında da rolu olub./"qafqazinfo"
Milli.Az