Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI

3 Fevral 2025 14:11

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Fəxrəddin Həsənqulu oğlu Həsənovun həbsinin bəzi detalları məlum olub.

Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən oxu.az-a verilən məlumata görə, idarə tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.

Milli.Az