Rusiyada hava limanları bağlandı

3 Fevral 2025 13:06

Rusiyanın Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki,  Bakı vaxtı ilə saat 08:44-də təyyarələrin qəbulu və buraxılması məhdudlaşdırılıb.

"Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər - bu, əsas prioritetdir", - deyə məlumatda bildirilir.

Həmçinin fevralın 3-də Həştərxan və Volqoqrad hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Fidan
Milli.Az