Byanka tədbirə paltarsız qatıldı - Qovuldular - FOTOlar

3 Fevral 2025 12:59

Amerikalı reper Kanye Uest ilə arvadı Byanka Senzori "Qremmi" mükafatlandırma gecəsindən qovulub.

Milli.Az "New York Post"a istinadən xəbər verir ki, buna səbəb Byankanın gecəyə çılpaq şəkildə qatılması olub. Məlumata görə, cütlük heç gecəyə dəvətli belə deyilmiş.

Byanka qara xəz paltosu ilə qırmızı xalça üzərinə keçib, daha sonra üst geyimini çıxararaq kamera qarşısında pozalar verib.

Bildirilir ki, ikili qırmızı xalçadan keçdikdən sonra polis tərəfindən müşayiət olunub.

Onun "libası" sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Fidan
Milli.Az