Egey dənizində fevralın 1-dən 3-dək ən kiçiyi 1.3 bal, ən böyüyü 4.8 bal olmaqla, 48 saat ərzində 200-dən çox təkan qeydə alınıb.
Milli.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata görə, yanvarın 2-də saat 20:41-də episentri Egey dənizi olan 4.5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanların ocağı 10.45 kilometr dərinlikdə olub.
Daha sonra saat 20:45-də 4.4 bal gücündə ardıcıl iki yeraltı təkan qeydə alınıb.
Yanvarın 3-də saat 07:20-də Egey dənizində 3.9 bal gücündə daha bir zəlzələ baş verib./oxu.az
Milli.Az