ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib.
"Biz USAID-in ləğvi prosesindəyik", - o bildirib.
İ.Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır"./moderator.az
Milli.Az