Alimlər qalaktikamızda maraqlı bir planet tapıblar. Dünyadan altı dəfə böyük olan bu super planetin qayalıqdan ibarət olduğu açıqlanıb.
Milli.Az xəbər verir ki, "HD 20794d" adlandırılan bu cisim bizim planetimizdən böyük olsa da, Yupiterdən kiçik bir kütləyə sahibdir. Ən mühüm xüsusiyyətlərindən biri isə bu planetin öz ulduz sisteminin yaşanabilən zonasında yerləşməsidir. Bu zonada maye suyun planetin səthində mövcud olma ehtimalı mövcuddur. Ancaq bu super planetlə bağlı qəribə bir məqam var. Planetlər adətən ulduzlarının ətrafında elliptik və ya oval trayektoriyalar üzrə hərəkət edirlər. Bu trayektoriyalar demək olar ki, dairəyə yaxın olur, amma heç vaxt tam dairə şəklində olmurlar.
Lakin "HD 20794d"-nin orbitində fərqli bir vəziyyət mövcuddur. Onun çox elliptik orbitində hər il yaşanabilən zonanın daxili sərhədindən xarici sərhədinə qədər hərəkət etdiyi müəyyən olunub. Bu isə onun həqiqətən yaşanabilən olub-olmaması ilə bağlı suallar yaradır və ya bizim bildiyimiz formada həyatın mövcudluğu ehtimalını şübhə altına alır.
Asya
Milli.Az