Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı

3 Fevral 2025 11:10

Bakıda oteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.

Milli.Az teleqraf.com-a istindla xəbər verir ki, hadisə fevralın 1-i saat 12 radələrində paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən hoteldə baş verib.

Türkiyə vətəndaşı olan 1962-ci il təvəllüdlü Halil Goralın meyiti qaldığı otel nömrəsində tapılıb.

Meyit üzərində zorakılıq əlamətinin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az