"Qalatasaray"dan İtaliyaya gedir - Gözlənilməz ayrılıq - FOTO

3 Fevral 2025 10:52

"Qalatasaray"ın futbolçusu Viktor Nelssonun yeni klubu bəlli olub. 

Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Qalatasaray"ın Viktor Nelsonun transferi ilə bağlı "Roma" ilə anlaşdığı iddia edilib. İtalyan jurnalist Fabrizio Romano danimarkalı futbolçunun transferinin gün ərzində açıqlanacağını bildirib.

Viktor Nelsson transfer danışıqları səbəbindən "Qalatasaray"ın Qaziantep FK ilə səfər matçında heyətə daxil edilməyib.

Qeyd edək ki, 2021-ci ildə 7 milyon avroya Kopenhagendən "Qalatasaray"a gələn 26 yaşlı müdafiəçi 144 matçda meydana çıxıb. Nelsson bu matçlarda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fidan
Milli.Az