Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti bu gün Moskvaya səfər edəcək.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, nümayəndə heyətinə hərəkatın Siyasi Bürosunun rəhbərinin müavini Musa Abu Marzuk rəhbərlik edəcək.
Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyində görüşlər nəzərdə tutulub.
İlkin məlumata görə, danışıqlar zamanı Qəzza zolağına humanitar yardımın göstərilməsi müzakirə ediləcək.
Fidan
Milli.Az