Suriyanın yeni administrasiyasına senzura - Maskdan gözlənilməz addım - FOTO

3 Fevral 2025 14:55

Amerikalı milyarder, Tesla və SpaceX-in baş direktoru İlon Maskın sahibi olduğu sosial media platforması X heç bir səbəb göstərmədən Suriya Prezidentliyinin rəsmi hesabını bloklayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, platforma rəsmiləri bu qərarın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin bu addım Suriyanın yeni administrasiyasına qarşı senzura kimi qiymətləndirilib.

Suriya rəhbərliyi hesabın dayandırılmasını siyasi və qərəzli bir yanaşma kimi dəyərləndirsə də, bəzi analitiklər bunun Qərb ölkələrinin Dəməşq rəhbərliyinə artan təzyiqlərinin bir hissəsi ola biləcəyini bildiriblər.

Mövzu ilə bağlı əlavə açıqlamaların verilməsi gözlənilir.

Fidan
Milli.Az