Trampın bu qərarından sonra NATO dağılacaq?

3 Fevral 2025 13:52

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək niyyəti alyansın sonunu gətirməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte "Bild"ə müsahibəsində bildirib.

"Xeyr", - deyə Rutte Trampın Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq edəcəyi təqdirdə NATO-nun mümkün sonu barədə suala cavabında qeyd edib.

Eyni zamanda, baş katib deyib ki, Tramp Arktikada təhlükəsizliklə bağlı narahatlıqlarında haqlıdır.(Axar.az)

Milli.Az